"İnformator.az" "İdmanxeber.az"a istinadən xəbər verir ki, 25 yaşlı portuqaliyalı qolkiperin transferi üçün “Siti” 75 milyon avroluq sərbəst qalma şərtini ödəməyə hazırdır. Futbolçunun özü də Premyer Liqa nəhənginə keçidə müsbət yanaşır.
“Transfermarkt” portalı onun bazar dəyərini 40 milyon avro olaraq qiymətləndirir.
Qeyd edək ki, Dioqo Koştanın “Portu” ilə müqaviləsi 2027-ci ilə qədərdir. O, geridə qalan 2024/25 mövsümündə 43 oyunda meydana çıxıb və 45 top buraxıb.