Hindistanda baş vermiş sel fəlakətində həyatını itirənlərin sayı 78-ə çatıb

Bölmə: Dünya › ,
Tarix: 18:09 07.07.2025

Hindistanın Himaçal Pradeş əyalətində güclü yağışların səbəb olduğu torpaq sürüşmələrində həyatını itirənlərin sayı 78-ə yüksəlib.


Yeni Dehlidə yerləşən NDTV kanalının xəbərinə görə, ölkənin şimalında yerləşən Himaçal Pradeş əyaləti 20 iyun tarixindən bəri musson yağışlarının təsiri altındadır.


Əyalətdə şiddətli yağışların səbəb olduğu sel və torpaq sürüşmələrində ölənlərin sayı 78-ə, yaralananların sayı isə 121-ə çatıb.


243 yolun bağlandığı əyalətin müxtəlif bölgələrində 37 nəfərin axtarış-xilasetmə işləri davam etdirilir.


Hindistan Meteorologiya İdarəsi (IMD) Himaçal Pradeş üçün verdiyi xəbərdarlıqda, güclü yağışların 9 iyul tarixinədək davam edəcəyini bildirib.


Cənubi Asiyada iyun-sentyabr aylarında təsirli olan musson yağışları, başda Hindistan olmaqla hər il böyükmiqyaslı təbii fəlakətlərə və qəzalara səbəb olur.


TRT HABER
Solmaz Muradova