Rusiyada mobil operatorların işində kütləvi nasazlıq yaranıb

Tarix: 15:43 06.07.2025
Rusiyanın Moskva, Sankt-Peterburq və digər şəhərlərində MTS, T2, “Bilayn”, “MeqaFon” və “Yota” mobil operatorlarının işində kütləvi nasazlıq baş verib.
"İnformator.az" xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Əlaqənin olmaması barədə məlumatların təxminən 27%-i Moskvada, 13%-i Moskva vilayətində, 11%-i Sankt-Peterburqda, 8%-i Krasnodar vilayətində olub.