Avropa Komissiyasının rəhbərinə etimadsızlıq səsverməsi keçiriləcək

Tarix: 08:13 07.07.2025
İyulun 7-də Avropa Komissiyasının (AK) sədri Ursula fon der Leyen Avropa Parlamentinin Strasburqda keçiriləcək plenar iclasında şəxsən iştirak edəcək.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, iclasda koronavirus pandemiyası zamanı vaksinlərin satınalınmasında ciddi pozuntular səbəbindən ona etimadsızlıq səsverməsi müzakirə olunacaq.
AK rəhbərinə qarşı ittihamların müzakirəsinin yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə 20:00) baş tutacağı gözlənilir. Səsvermə isə iyulun 10-da, yerli vaxtla saat 12:00-da (Bakı vaxtı ilə 14:00) keçiriləcək.