KONKAKAF Qızıl Kubokunun qalibi müəyyənləşib

Tarix: 08:25 07.07.2025
KONKAKAF Qızıl Kubokunun qalibi bəlli olub.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, finalda ABŞ və Meksika komandaları qarşılaşıb.
Amerikanın Hyuston şəhərində keçirilən qarşılaşmada Meksika yığması 2:1 hesablı ilə qələbə qazanıb.
Qalib komandanın qollarını 27-ci dəqiqədə hücumçu Raul Ximenes və 78-ci dəqiqədə yarımmüdafiəçi Edson Alvares vurub.