Litvaya söz veririk, sizi qoruyacağıq -Ştaynmayer

Bölmə: Siyasət › ,
Tarix: 18:13 07.07.2025

Almaniya özünü müdafiə etmək və azadlığını qorumaq üçün Litvaya qoşunla kömək edəcək.


Mövzu ilə bağlı “İnformator.az” a politoloq Əhəd Məmmədli bildirir ki, Almaniyai hazırda Litviyanı qorumaq, Ukraynaya dəstək vermək niyyətindədir:

 

“Bu istək və niyyətlər müsbət qarşılana bilər. Amma reallıq bir az başqa məcralardan xəbər verir. Çünki bütün Avropa, Britaniya daxil olmaqla bu saat Rusiyaya silah təchizatında uduzur. Almaniya ilk olaraq öz silah təchizatını elə bir səviyyəyə qaldırmalıdır ki, özünü Rusiyadan qorumağı bacarsın. Sonra artıq Latviya və yaxud Litvaya və yaxud hansısa başqa bir ölkəyə dəstək sözü verməlidir. Ancaq ən azından artıq Avropa ayılıb. Yəni artıq Amerikaya belə arxalanıb, rahat 10 illərdir İkinci Dünya savaşından sonra artıq yaşamayacaqlarını biliblər. Bunları Tramp olara bildirib. Artıq başçılar öz təhlükəsizliklərini, öz müdafiələri haqqında düşünməyə başlayıblar. Bu gün də Almaniya addımlar atmağa- tanklar, silahlar və s. idxal eləməyə başlayıb. Almaniya qısa müddətdə Birinci Dünya savaşından sonra məğlub oldu. Amma qısa müddətdə Adolf Hitler hakimiyyətə gələndən sonra nasistlər alman iqtisadiyyatı çox gücləndi və silahları inkişaf elədi. Almaniya indi daha maliyyə baxımından yaxşı durumdadır. Litvaya da kömək eləyə bilərlər”.


Aysel Mirzəyeva