Baltikyanı ölkələr birgə razılığa gəliblər

Bölmə: Dünya › ,
Tarix: 19:55 07.07.2025

Litva, Latviya və Estoniya regional miqyasda ümumi müdafiə strategiyasının yaradılması istiqamətində mühüm addımlar atmağa qərar veriblər.

 

"İnformator.az" "Teleqraf"a istinadən  xəbər verir ki, bu barədə Litvanın Müdafiə Nazirliyi üç ölkənin hərbi idarələrinin nümayəndələrinin Riqada keçirdiyi görüşün yekunlarına dair məlumat yayıb.


Məlumatda qeyd olunub ki, regional müdafiə konsepsiyasının hazırlanması üzrə məsləhətləşmələr aparılması qərara alınıb. Konsepsiyanın məqsədi səfərbərlik fəaliyyətlərinin planlaşdırılmasını əlaqələndirmək, NATO-nun müttəfiq bölmələrinin gəlməsi üçün uyğun şəraitin yaradılması və birgə səfərbərlik təlimlərinin keçirilməsi üçün konkret tədbirləri müəyyən etməkdir.