Çin-Nepal Dostluq Körpüsü daşqın nəticəsində uçub

Bölmə: Hadisə › ,
Tarix: 10:12 08.07.2025

Çin və Nepalı birləşdirən körpü daşqın nəticəsində uçub.

 

"İnformator.az" Nepal rəsmilərinə istinadən xəbər verir ki, hadisədə 18 nəfər itkin düşüb.

 

İtkin düşmüş şəxslərin 12-si Nepal, qalanları isə Çin vətəndaşı olub.

 

Onların tapılması üçün hadisə yerinə 95 xilasedici cəlb olunub.

 

Qeyd edək ki, Botekoşi çayının üzərində yerləşən körpü Çin-Nepal Dostluq Körpüsü adlanırdı.