"Barselona"nı tərk edir

Tarix: 14:06 08.07.2025
"Barselona"nın futbolçusu İnyaki Penya bu yay klubu tərk etməyə hazırlaşır.
"İnformator.az" "QOL.az" a istinadən xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
İspaniyalı qapıçı Kataloniya klubunun Joan Qarsiyanı transfer etməsi və Voyçex Şensnı ilə yeni müqavilə imzaladıqdan sonra bu qərara gəlib. Penya daha çox oyun vaxtı qazanmaq üçün artıq digər təklifləri dəyərləndirir. Qeyd edək ki, İnyaki Penya "Barselona"nın yetirməsidir. Onun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir.