İspaniyalı futbolçu ikinci dəfə xərçəngə qalib gəlib

Tarix: 14:02 09.07.2025
İspaniyanın “Las-Palmas” klubunun futbolçusu Kirian Rodriqes ikinci dəfə xərçəng xəstəliyinə qalib gəlib.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi yeni mövsüm ərəfəsində tibbi müayinədən keçib və onda heç bir problem aşkarlanmayıb.
"Rodriqes iki həftə əvvəl fərdi məşqlərə başlayıb. O, tədricən komanda ilə birgə məşqlərə qoşulacaq" - deyə, “Las-Palmas”ın prezidenti Mixel Anxel Ramires bildirib.
Qeyd edək ki, Kirian Rodriqesə ilk dəfə 3 il əvvəl Hodgkin lenfoması diaqnozu qoyulduğundan 2022/23 mövsümünün bir çox hissəsini buraxmışdı. O, 2023-cü ilin yanvarında xəstəliyə qalib gələrək meydanlara dönə biləcəyi açıqlasa da, 2024-cü ilin fevralında xəstəlik təkrarlandığı üçün karyerasına yenidən fasilə verib.