Xiyari Abisoqhomonyan ilə görüşüb

Tarix: 14:09 09.07.2025
Ermənistan xarici işlər nazirinin (XİN) müavini Robert Abisoqhomonyan Nyu-Yorkda BMT Baş katibinin Yaxın Şərq, Asiya və Sakit Okean üzrə müavini Məhəmməd Xalid Xiyari ilə görüşüb.
"İnformator.az" xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.
Görüşdə beynəlxalq və regional təhlükəsizliklə bağlı aktual məsələlər müzakirə olunub.
Tərəflər Cənubi Qafqazla bağlı fikir mübadiləsi aparıblar.
Ermənistan XİN rəsmisi ölkəsinin sülh gündəliyinin təşviqinə yönəlmiş səylərini qarşı tərəfə təqdim edib.
Nazir müavini Azərbaycanla sülhün və dövlətlərarası münasibətlərin yaradılması haqqında sazişin tezliklə imzalanmasının vacibliyini vurğulayıb.