İsrail əsgərlərindən etiraf: Fələstinliləri “video oyun kimi” öldürdük

Bölmə: Dünya › ,
Tarix: 22:29 10.07.2025

İsrail əsgərləri Qəzza zolağında fələstinli mülki vətəndaşları qumbaraatanlarla təchiz edilmiş pilotsuz uçuş aparatları (PUA) ilə sanki video oyun oynayırmış kimi öldürdüklərini etiraf ediblər.

 

İsrailin “+972 Magazine” nəşrinin araşdırma hesabatında məlum olub ki, İsrail ordusu Qəzza zolağında etnik təmizləmə apararkən, hər biri qumbaraatanlarla təchiz edilmiş yüzlərlə Çin pilotsuz təyyarəsi ilə mülki vətəndaşları öldürüb.

 

Qəzza zolağındakı hücumlarda iştirak edən 7 İsrail zabiti və əsgəri çoxlu uşaq və qadınların da olduğu fələstinli mülki vətəndaşları uzaqdan idarə olunan, bomba yüklü İHA-larla hədəfə aldıqlarını, onları evlərini tərk etməyə məcbur etdiklərini və geri qayıtmalarının qarşısını aldıqlarını bildiriblər.

 

Bildirilib ki, Çində yerləşən Autel şirkəti fotoşəkil çəkmək üçün nəzərdə tutulmuş və e-ticarət platformalarında təxminən 3000 dollara alına bilən pilotsuz təyyarələri İsrail ordusunun “dəmir top” adlandırdığı əlavə ilə qumbara daşıya bilməsi üçün təchiz edib.

 

İsrail ordusunun Qəzza zolağında müəyyən bölgələri “öldürmə zonaları” olaraq təyin etdiyini bildirən əsgərlər, “görünməz xətti keçərək, bomba yüklü pilotsuz təyyarələrlə bu ərazilərə xəbərsiz daxil olan hər bir fələstinlini öldürürlər”.

 

Əsgərlər bildiriblər ki, bomba yüklü pilotsuz təyyarələr Qəzzadakı qətl zonalarını atıcı silahlardan atəşə tuta bilməyəcək qədər geniş ərazilərə yayıb.

 

Qəzza zolağının mərkəzindəki Nusayrat Qaçqınlar Düşərgəsinə edilən hücumlarda iştirak edən əsgər H., "Bu texnologiya öldürməyi çox daha steril hala gətirdi. Bu, video oyuna bənzəyir. Ekranın ortasında çarpaz işarə var və siz video görüntüsünü görürsünüz",-dedi.

 

Yüzlərlə metr uzaqdan idarəetmə qolunu manipulyasiya edərək qumbara atdıqlarını izah edən H., "Pilotsuz təyyarələrdən qumbaraların atıldığı bir çox hadisə olub. Onlar silahlı yaraqlıları hədəfə alırdılar? Qətiyyən yox. Bir komandir xəyali qırmızı xətt çəkdikdə, onun üzərindən heç kimin keçməsinə icazə verilmədiyinə görə, küçəyə heç kəs sadəcə ölümlə cəzalandırılırdı",-dedi.

 

İsrail əsgərləri öldürdükləri fələstinlilərin cəsədlərini itlərin yeməsinə pilotsuz təyyarə ilə baxıblar.

 

+972 Magazine tərəfindən ələ keçirilən Rəfah rayonunda bir batalyon komandirinin gündəlik hesabatlarında onun 100 gün ərzində onlarla pilotsuz təyyarə hücumu təşkil etdiyi və qadın və uşaqlar da daxil olmaqla öldürülən bütün fələstinlilərin İsrail ordusu tərəfindən “terrorçu” kimi qeydə alındığı ortaya çıxıb.

 

Bir ildir Rəfahdakı hücumlara qatılan İsrail əsgəri S. ordunun deportasiya əmri verdiyi bir məhəllədə pilotsuz təyyarələrin hücumlarını koordinasiya etdiyini bildirib.

 

Gündə ən azı bir fələstinlini öldürdüklərini qeyd edən S., bıçaqla tutulan bir nəfər və silahlı ünsürlərlə bir dəfə qarşılaşma istisna olmaqla, “öldürdükləri hər kəsin silahsız mülki vətəndaş olduğunu” etiraf edib.

 

S. Fələstinlilərin İsrail əsgərləri üçün təhlükə yaratmayacaq qədər uzaqda olmalarına baxmayaraq, pilotsuz təyyarələr tərəfindən qəsdən öldürüldüyünü bildirib. "Aydındır ki, onlar evə qayıtmağa çalışırdılar" dedi. "Onların heç biri silahlı deyildi və cəsədlərinin yanında heç nə tapılmayıb. Biz heç bir halda xəbərdarlıq atəşi açmamışıq".

 

S. sahibsiz itlərə yemək üçün öldürüldükləri fələstinlilərin cəsədlərini tərk etdiklərini açıqlayıb. O əlavə etdi:

 

"Dron görüntülərində bunu görə bilərdiniz. İtin meyiti yeməsinə baxmağa özümü saxlaya bilmədim, amma ətrafımdakılar gördü.

 

İtlər atışma və ya partlayışa doğru qaçmağı öyrəndilər. Yəqin ki, orada cəsədin olduğunu öyrəniblər”.

 

Mənbə: TRT Haber

Xədicə Məhərrəmli