Yaponiya Çinin Təyyarəsinin Öz Təyyarəsinə Yaxın Uçuşundan Narahatdır

Tarix: 22:29 10.07.2025
Yaponiya Çin təyyarələrinin onun təyyarəsinə "qeyri-adi dərəcədə yaxın" uçmasından narahatlığını bildirib.
Yaponiya Xarici İşlər Nazirliyi Çinlə yaşanan gərginliklə bağlı açıqlama yayıb.
Açıqlamada qeyd olunub ki, Çin təyyarələri son iki gün ərzində Şərqi Çin dənizində müşahidə missiyaları həyata keçirən Yapon təyyarələrinə “qeyri-adi dərəcədə yaxın” uçur.
Açıqlamada hadisə ilə bağlı narahatlıqların Çinin Tokiodakı səfiri Vu Jianghaoya çatdırıldığı və vəziyyətin toqquşmalara səbəb ola biləcəyi vurğulanıb.
Bəyanatda Çin hökuməti bu cür hərəkətlərdən çəkinməyə çağırılıb.
Bu arada Çin hələlik məsələ ilə bağlı açıqlama verməyib.
Yaponiya dünən ölkənin cənub-qərb hissəsindəki adaları qorumaq imkanlarını gücləndirmək üçün Saqa prefekturasında yeni hərbi bazanın açıldığını elan edib və bunu Çinin artan hərbi fəaliyyətinə əsas verib.
Mənbə: TRT Haber
Xədicə Məhərrəmli