ABŞ-da 22 milyon əhaliyə xəbərdarlıq edilib

Bölmə: Dünya › ,
Tarix: 19:35 13.07.2025

ABŞ-ın Mərkəzi və Qərb ştatlarının milyonlarla sakininə Kanadadan yayılan meşə yanğınlarının zəhərli tüstüsü səbəbindən sağlamlıqlarını riskə atmamaq üçün evdə qalmaları tövsiyə olunub.

 

"İnformator.az" xəbər verir ki, bu barədə "Nyusvik" məlumat yayıb.


"Kanadada baş verən yanğınlar zəhərli tüstü buludunu yaradıb və o, ABŞ-a çatıb, orada havanın keyfiyyətinə təsir göstərir.

 

Minnisota, Viskonsin və Miçiqan ştatlarında təxminən 22 milyon insan hazırda iyulun 14-dək qüvvədə qalacaq ümummilli hava keyfiyyəti ilə bağlı xəbərdarlıq altındadır. Bundan əvvəl Kanadanın Manitoba ştatının Baş naziri meşə yanğınları ilə əlaqədar 17 min insanın təxliyə edildiyini açıqlamışdı. Əyalətdə fövqəladə vəziyyət elan edilib", - məlumatda deyilib.