Neft Fondu avqustdakı valyuta hərraclarında 733,7 milyon dollar satıb

Bölmə: İqtisadiyyat › ,
Tarix: 11:01 03.09.2018

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən bu ilin avqust ayı ərzində valyuta hərraclarında 733,7 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

Bu barədə İnformator.az-a ARDNF-dən bildirilib.