Depozit faizi-ŞƏRH

Bölmə: İqtisadiyyat › ,
Tarix: 22:25 12.05.2025

Depozit faizi — bankların müştərilərindən topladıqları əmanətlərə görə verdiyi illik gəlirdir. Azərbaycanda depozit faizləri son illərdə iqtisadi dəyişikliklərə uyğun şəkildə tənzimlənir və əmanətçilər üçün mühüm maraq sahəsinə çevrilib.

 

Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli "İnformator.az"a açıqlamasında bildirib ki, ölkə qanunvericiliyinə görə müddətindən asılı olmayaraq verginin faizi 10%dir:

 

"Valyuta depozitlərində şərtlərindən asılı olmayaraq həmişə vergi tutulur. Manat depozitlərində vergi güzəştləri mövcuddur. Bir Bank üzrə gəlirin 200 manata qədər hissəsi vergidən azaddır. 200 manatdan sonrakı hissəsindən 10% vergi tutulur. 18 ay və daha çox qoyulan manat depozitlərindən vergi tutulmur. Banklarda manat depozitləri 12% və 100.000 manata qədər Bir Bank üzrə dövlət tam sığortalanır".

 

Fatimə Heydərova