Saatlı sakinindən odlu silah götürülüb

Bölmə: Hadisə › ,
Tarix: 16:59 07.04.2021

Saatlı rayon sakinindən odlu silah götürülüb.

 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan İnformator.az-a verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı rayonun Mollavaizli kənd sakini Ziyafət Ağayarovdan müvafiq sənədləri olmayan “TOZ-63” markalı ov silahı aşkar edilərək götürülüb.

 

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib olunub.