AK Ukraynaya 2,3 milyard avro ayıracaq

Bölmə: Dünya › ,
Tarix: 23:23 10.07.2025

Ukrayna “Ukraine Facility” proqramı çərçivəsində Avropa Komissiyasından 2,3 milyard avro alacaq.

 

"İnformator.az" "Axar.az" a istinadən xəbər verir ki, bu barədə Ukrayna İqtisadiyyat Nazirliyi məlumat yayıb.

 

"Romada Ukrayna Mexanizmi investisiya aləti çərçivəsində 2,3 milyard avroluq yeni sazişlər imzalanıb. Bu məbləğə daxildir: 1,8 milyard avro - kredit zəmanətləri; 580 milyon avro - qrant və qarışıq maliyyələşdirmə", - deyə bildirilib. Qeyd olunur ki, saziş çərçivəsində Kiyev öz iqtisadiyyatına 10 milyard avroya qədər əlavə investisiyalar da gözləyir.