Tesla Çindəki 1,1 milyon avtomobili geri çağırır

Bölmə: İqtisadiyyat › ,
Tarix: 20:32 12.05.2023

Çinin ən böyük bazar tənzimləyicisi verdiyi açıqlamada Teslanın potensial təhlükəsizlik risklərinə görə Çində 1,1 milyondan çox avtomobili geri çağıracağını bildirib.

 

İnformator.az xarici mediaya istinadən xəbər verir ki, geri çağırılacaq modellərə idxal edilən Model S, Model X, Model 3, Çin istehsalı olan Model 3 və Model 6 daxildir.

 

Açıqlamada sözügedən avtomobillərdə sürücülərin "qaz pedalına ehtiyatsızlıqdan uzun müddət basması" ehtimalını artıra biləcək problemlərin olduğu, bunun da toqquşma riskini artıra və "təhlükəsizlik təhlükəsi" yarada biləcəyi bildirilib. 

 

Şirkət əlavə edib ki, riski azaltmaq üçün geri çağırılan avtomobillərə düzəlişlər etməyi və ya bildiriş funksiyaları əlavə etməyi planlaşdırır.

 

Aydan