Rihanna marka SEO-su olmaqdan imtina edir

Bölmə: Mədəniyyət › ,
Tarix: 14:42 25.06.2023

Hazırda ikinci övladına hamilə olan Rihanna alt paltarı markası Savage X Fenty-nin baş direktoru vəzifəsindən istefa verdiyini açıqlayıb.

 

İnformator.az NTV-yə istinadən xəbər verir ki, Savage X Fenty adlı alt paltarı və Fenty Beauty adlı gözəllik markası olan müğənni Rihanna bir müddət əvvəl Fransanın moda nəhəngi Louis Vuitton-un siması olub.

 

İkinci övladını dünyaya gətirmək üçün günləri sayan 35 yaşlı müğənni 5 ildir alt paltarı brendi Savage X Fenty-nin baş direktoru olub.

 

Barbadoslu müğənni SEO vəzifəsini tərk etdiyini açıqlayıb. "Bu, bizim üçün başlanğıcdır. Müştərilərimizlə görüşmək üçün yollar axtarmağa davam edəcəyik", - müğənni bildirib. Onu Anthropologie Group-un baş direktoru Hillari Super əvəz edəcək.

 

Müğənninin ən gənc milyarderlər siyahısına daxil olmasında alt paltarı markası Savage X Fenty böyük rol oynadığı deyilir.

 

2018-ci ildə Savage X Fenty brendinin əsasını qoyan müğənni bundan sonra da brendin bir parçası olmağa davam edəcək.