14 YAŞLI MƏKTƏBLİ BIÇAQLANDI-YENİYETMƏLƏRİ BU HƏDDƏ GƏTİRİB ÇIXARAN SƏBƏB NƏDİR?!

Bölmə: Hadisə › ,
Tarix: 14:08 11.08.2023

Binəqədi rayonu 9-cu mikrorayonda 2007-ci il təvəllüdlü yeniyetmə 2009-il təvəllüdlü məktəblini münaqişə zəminində bıçaqladı. Belə hallar niyə baş verir? Qarşısını necə almaq olar? Ailə və uşaq psixoluqu Aynur İsmayılova İnformator.az sayıtına açıqlamasında yeniyetmələri bu həddə gətirib çıxaran səbəblərə aydınlıq gətirib. “İstənilən halda yetkin yaşlı insanlar və yaxud yeniyetmələr münaqişə zəminində bu və ya digər formada kimə isə zərər verirlərsə, bu davranışlar keçmiş uşaqlıq travmaları ilə əlaqəlidir. Belə ki, uşaq ikən (şüuraltının formalaşdığı mərhələdə) valideyinləri, yaxın insanlar və yaxud dayədən ən xırda səhvlərinə görə, fiziki və mənəvi şiddət görüb, amma yaşı və gücü aşağı olduğuna görə, özünü müdafiə edə bilməyiblərsə, bu tip davranışla rahatlayırlar. Yeniyetməlik yaşında bu, daha çox üzə çıxmağa başlayır, çünki hormonal dəyişiklik vəziyyətində valideyinlərinin də kritik yanaşdığı yeniyetmələr sanki özlərini sübut etmək güclərini bu şəkildə biruzə verirlər. Güclərini isbatlamaq üçün qarşı tərəfə fiziki zərər verməkdən çəkinmirlər”. Psixoloq deyir ki, bəzən uşaq yaşlarda qalmaqallı ailələrdə böyüyən və bir valideynin digərinə qarşı fiziki şiddət tədbiq edərkən soyuq silah və hər hansı vasitədədən istifadə etdiyini görən uşaqlar üçün bu, adi davranışdır. “Bundan əlavə, son zamanlar sosial şəbəkələrdə kriminal aləm nümayəndələri kimi məşhur olan insanlar yeniyetmələrin kumirinə çevrilir ki, bu da bir çoxlarının düşüncəsinə təsir edir və cinayət törətmək onlara təhlükəli gəlmir”.

Sosial şəbəkələrin də belə hadisələrə səbəb olduğunu bildirən psixoloq, çözüm yollarını da göstərir: “Valideynlər gələcəkdə cinayətlərin, fiziki zərərlərin baş verməməsi üçün 7 yaşa, yəni eqo yaşı yaranana qədər övladları ilə davranışlarına diqqət etməli, şahid olduqları hadisələrə qarşı nə hiss etdiklərini önəmsəməlidirlər. Yeniyetmələrin cinayətlərdən uzaq olması, özlərinə zərər verməməsi üçün ailələri onlara həssas yanaşaraq, öz davranışlarına nəzarət etməli, onların hissiyatına toxunacaq neqativ şəkildə davranmamalıdırlar”.

ÇİNARƏ MURADOVA