Məşhur alim Arif Acaloğlu yol qəzasında həlak olub-Araşdırma

Bölmə: Hadisə › ,
Tarix: 21:56 17.11.2023

Türkiyədə yaşayan azərbaycanlı alim Arif Acaloğlu Bakıda yol qəzası keçirərək həyatını itirib.

 

İnformator.az xəbər verir ki, hadisə Bakı Olimpiya Stadionunun yaxınlığında, Heydər Əliyev prospektində baş verib. "Mercedes" markalı avtomobil gecə saat 23:30 radələrində stadionla üzbəüz yolu keçən piyadanı vurub.

 

Qəzadan sonra sürücü yaralını dərhal xəstəxanaya çatdırsa da piyadanın həyatını xilas etmək mümkün olmayıb. Sürücünün hadisə zamanı anlaqlı vəziyyətdə olduğu müəyyən edilib.

 

Məsələ ilə bağlı DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev açıqlamasında deyir ki, keçirilən ekspertizanın nəticəsinə əsasən şəxsin bioloji nümunələrində hər hansı zərərli maddə, alkoqol, eləcə də narkotik vasitələrin qalıqları aşkarlanmayıb.

 

“Hazırda məsələ ilə bağlı müvafiq polis orqanında araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək”.

 

İstanbul Mərmərə Universitetinin müəllimi, türkoloq alimin AMEA-nın dəvətilə konfransda iştirak üçün Bakıya gəldiyi bildirilir.

 

Qəzanı törədən sürücü də tanınmış şəxsdi. Mercedesin sükanı arxasında Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov olub.

 

Gülnar Ələmdarqızı