Kimlərin sərbəst buraxılacağını bilmək üçün hələ də gözləmədəyik- Qəzzada 4 günlük atəşkəs və girov mübadiləsi

Bölmə: Dünya › ,
Tarix: 20:03 22.11.2023

İsrail-Həmas arasında baş tutan razılaşmadan sonra, ailə üzvləri Həmas tərəfindən əsir götürülən insanlar bir çox problem və narahatlıqlarla üzləşiblər.

 

İnformator.az xəbər verir ki, İsrail və Həmas qüvvələri arasında gedən savaşın razılaşma ilə başa çatması Qəzzada tutulan girov ailələri üçün ümidlə birlikdə bir sıra çətinliklərə də səbəb olub.

 

Belə ki, tərəflər arasında gedən 4 günlük razılaşma nəticəsində 50 girovun sərbəst buraxılacağı bildirilib.

 

Lakin 50 nəfərin kimlikləri ictimaiyyətə hələ də açıqlanmayıb. Bu məsələ isə ailələr üçün ciddi problemlər yaradıb.

 

Qızı girov götürülənlər arasında olan Keren Schem razılaşmanı eşitdiyi andan etibarən həyəcanlandığını dilə gətirib. Onun sözlərinə görə, 21 yaşında olan qızı Mia’nın başına nə gəldiyindən xəbəri olmayıb. Bu gözləyiş Həmasın qızının da içində olduğu videonu yayımlayana qədər davam edib.

 

Keren bu barədə bildirib ki, “Bu eynilə, Rus Ruleti” oynamaq kimidir. Kimlərin sərbəst buraxılacağını bilmək üçün hələ də gözləmədəyik.

 

Bu hal son dərəcədə bir çılğınlıqdır. Hələ ki, əlimizdə rəsmi adlar yoxdur. Lakin həmin şəxslər arasında “analar və övladları olacaqlarına dair” söyləntilər var. Və bu çox çətindir..

 

Əli Məmmədli