Putin Qarabağdan köçən ermənilərə yardım göndərdi

Bölmə: Dünya › ,
Tarix: 13:15 22.11.2023

Rusiya Fövqəladə Hallar Nazirliyinin İl-76 təyyarəsi Qarabağı tərk etmiş ermənilər üçün İrəvana 40 ton humanitar yardım çatdıracaq.

 

İnformator.az xəbər verir ki, bu barədə TASS-a Nazirliyin mətbuat xidməti bildirib.

 

"Rusiya Fövqəladə Hallar Nazirliyinin İl-76 xüsusi təyinatlı təyyarəsi Jukovski Beynəlxalq Hava Limanından İrəvan hava limanına uçub. Təyyarə ümumi çəkisi 40 ton olan humanitar yükü, o cümlədən ərzaq, ədyal, yorğan-döşək dəsti, səyyar elektrik stansiyası aparıb”, - mətbuat xidmətindən bildiriblər.

 

Humanitar yük Rusiya prezidentinin göstərişinə əsasən və Rusiya Federasiyası hökuməti adından həyata keçirilir.