İsrail qüvvələri 35 fələstinlini əsir götürüb

Tarix: 12:06 22.11.2023
İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə daha 35 fələstinlini əsir götürüb.
İnformator.az xəbər verir ki, Fələstin Əsirlər Dərnəyi İsrail qüvvələrinin İordan çayının qərb sahili və Şərqi Qüdsdə fələstinlilərə qarşı basqınları ilə bağlı açıqlama verib.
Açıqlamada, İsrail qüvvələrinin İordan çayının qərb sahili və Şərqi Qüdsün müxtəlif şəhərlərində gecə və səhər basqınlarında ən az 35 fələstinlini əsir götürdüyünü bildirib.
Oktyabrın 7-dən etibarən İordan çayının qərb sahilində və Şərqi Qüdsdə saxlanılanların sayı 3035-ə çatıb.
Oktyabrın 7-dən etibarən İsrail ordusu Qəzza sektorunu intensiv bombardman edərkən, işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə də reydlər təşkil edir və müxtəlif iddialarla fələstinliləri əsir götürür.