İsrail azad edəcəyi 300 fələstinlinin siyahısını -AÇIQLADI

Bölmə: Dünya › ,
Tarix: 15:47 22.11.2023

İsrail Həmas tərəfindən saxlanılan israilli girovların azad edilməsinə dair razılaşmanın bir hissəsi olaraq azad edilə biləcək 300 fələstinli məhbusun siyahısını açıqlayıb.

 

İnformator.az xəbər verir ki, bu barədə Times of Israel məlumat yayıb.

 

Müqaviləyə əsasən, İsrail ilk 4 gündə 50-yə qədər girov müqabilində 150-yə qədər məhbusu azad edəcək, əlavə girovlar azad olunarsa, 300 məhbusdan ibarət siyahıdan eyni nisbətə görə daha çoxu sərbəst buraxılacaq.

 

Məlumata görə, 300 məhbusun 287-si 18 yaş və daha kiçik kişilərdir.

 

Qalan 13 məhbus isə yetkinlik yaşına çatmış qadınlardır, onların əksəriyyəti terror aktlarına cəhddə təqsirli bilinib.