“Rossiya 24” telekanalının müxbiri Ukraynada öldürüldü

Bölmə: Dünya › ,
Tarix: 12:01 23.11.2023

Ukrayna Silahlı Qüvvələrinin hücumu nəticəsində yaralanan “Rossiya 24” telekanalının jurnalisti Boris Maksudov dünyasını dəyişib.

 

İnformator.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

 

"Faciəli xəbər indicə gəldi: həmkarımız Boris Maksudov aldığı xəsarətlərdən öldü, uşaqlar onun həyatı üçün mübarizə apardılar, dünən ağır yaralanmışdı", - deyə KİV-lərdən biri qeyd edib.

 

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da jurnalistin vəfatı ilə bağlı başsağlığı verib.