İranda 5 alpinist qar uçqunu altında qalıb

Bölmə: Dünya › ,
Tarix: 13:57 24.11.2023

İranın Lorestan əyalətinin Ezna şəhərində bu səhər qalxan 9 nəfərlik alpinist qrupundan 5 nəfər qar uçqunu altında qalıb.

 

İnformator.az xəbər verir ki, Ezna Qızıl Aypara Cəmiyyətinin prezidenti Əli Rza Süleymani hadisə ilə bağlı açıqlama verib.

 

Süleymani komandanın bu səhər Senberan zirvəsinə qalxmağa başladığını və Çale Kebud bölgəsində qar uçqunu altında qaldığını bildirib.

 

O, qar uçqunu nəticəsində qapalı qalan 9 alpinistdən ibarət qrupdan 2-si yaralanan 4 nəfərin xilas edildiyini, 5 alpinistin isə hələ də uçqun altında qaldığını qeyd edib.