"Maraqdan" qətl törədən 23 yaşlı qıza ömürlük həbs cəzası verildi-ARAŞDIRMA

Tarix: 09:58 25.11.2023
Cənubi Koreyada bir nəfəri "sırf maraq ucbatından" öldürdüyünü deyən "əsl cinayət hekayəsi" fanatı ömürlük həbs cəzasına məhkum edilib.
İnformator.az xəbər verir ki, 23 yaşlı Yunq Yoo-yunq deyib ki, kriminal şoulara və romanlara qarşı onda aludəçilik yaranıb.
"Cinayət etməyə cəhd" ideyasına qapılan Jung mobil proqram vasitəsilə ingilis dili müəllimi ilə tanış olur.
Daha sonra Yunq qadını öz evində bıçaqlayaraq öldürüb. Qətl Cənubi Koreyanı şoka salıb.
Təfərrüatlara görə, işsiz olan və babası ilə yaşayan Yunq, aylarca qurban axtarıb və onlayn tədris proqramından istifadə edərək hədəf tapıb.
Özünü ingilis dili dərsi tələb edən orta məktəb şagirdinin anası kimi təqdim edən Yunq, Pusanda yaşayan 26 yaşlı qurbanı ilə əlaqə saxlayıb. Yunq daha sonra internetdən aldığı məktəbli formasını geyinərək müəllimin evinə gəlib.
Müəllimi içəri buraxdıqdan sonra qadına hücum edərək, ona 100-dən çox bıçaq zərbəsi vuraraq öldürüb. Qətldən sonra Yunq qadının meyitini parçalara ayırıb. Taksidən istifadə edərək qalıqların bir hissəsini Pusanın şimalındakı boş çay kənarındakı parka atıb.
Məhkəmədə cinayətini etiraf edən Yunq həmin vaxt halüsinasiyalar və digər psixi pozğunluqlardan əziyyət çəkdiyini iddia edərək, daha yüngül cəza istəyib. Bununla belə, Yunq ömürlük həbs cəzasına məhkum edilib.
Həcər Əmiraslanlı