Xaçmazda yağışın törətdiyi fəsadlar

Bölmə: Hadisə › ,
Tarix: 19:00 14.12.2023

Bir neçə gündür ki, ölkə ərazisində müşahidə olunan intensiv yağışlar şimal bölgəsində fəsadlar törədib. Aramsız yağışlar Xaçmazın kənd yollarını keçilməz edib. Yağış suları təsərrüfatlara, həyətyanı sahələrə dolub.

 

Rayonun Şimali kəndində yollarda yaranan gölməçələr gediş-gəlişi çətinləşdirib. Ən acınacaqlı vəziyyət Tel kəndində yaranıb. Vətəndaşlara məxsus 4 həyətyanı sahəyə yağış suları dolub. Tövlələr və bağlar su altında qalıb.

 

Aidiyyəti qurumlar Tel və Şimali kəndlərində fəsadlar yaranan ərazilərə baxış keçirir. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər təhlükəsizlik tədbirlərini həyata keçirir.