“Beşiktaş” klubu Qurban Qurbanovla maraqlanır-RƏY

Bölmə: İdman › ,
Tarix: 22:11 18.03.2024

Türkiyənin “Beşiktaş” klubu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla maraqlanır.

 

İstanbul təmsilçisinin idman direktoru Samet Aybaba komandanı düşdüyü durumdan 52 yaşlı mütəxəssisin çıxaracağına inanır.

 

Türkiyəli mütəxəssis eyni zamanda “Qarabağ”ın iki futbolçusu Juninyo və Abdullah Zubirin də çıxışını bəyənib. O, Ağdam təmsilçisinin üç üzvü ilə bağlı rəhbərliyə raport təqdim etməyə hazırlaşır.

 

Bu barədə "informator.az"a açıqlamasında futbol eksperti Ceyhun Sultanov bildirib ki, "Beşiktaş"ın Qurban Qurbanovla və "Qarabağ"ın oyunçuları ilə maraqlanması çox yaxşı bir haldır:

 

"Burda qərarı verən Qurban Qurbanov olacaq. Nə qədər düzgün addım atacaq, gedəcək ya qalacaq bunu biz deyə bilmərik. Amma "Qarabağ"da da onun işləri pis getmir. Bizim futbol üçün də yetəri qədər işlər görür. Qurban Qurbanov "Qarabağ"da böyük işlər görüb. "Qarabağ"da vəziyyəti heç də pis deyil. Amma yenə də hər bir halda qərar Qurban Qurbanovun özünə aiddir".

 

Sevinc Yarməmmədova