BDU-da "Yerli xəbər saytlarının kontentində hiperkeçidlərdən istifadə alışqanlıqları və problemlər" mövzusunda elmi seminar keçirilib

Bölmə: MEDİA › ,
Tarix: 20:21 28.03.2024

Bu gün Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının doktorantı Səbinə İzzətlinin "Yerli xəbər saytlarının kontentində hiberkeçidlərdən istifadə alışqanlıqları və problemlər" mövzusunda elmi seminarı keçirilib.  

 

Doktorant hiperkeçidlərin tarixindən, onların istifadəsi və növləri olan daxili və xarici hiperkeçidlərdən bəhs edib. O, həmçinin hiperkeçidlərin önəmindən, qısa ifadələr şəklində verilən hiperkeçidlərin məzmunu daha aydın, anlaşıqlı etdiyindən və oxucunu əlavə məlumatla təmin edə biləcəyindən bəhs edib.

 

Səbinə İzzətli Azərbaycanın ən çox oxunan saytlarından örnəklər verib, bu saytlarda hiperkeçidlərin nə dərəcə düzgün istifadə edilib-edilmədiyi haqqında danışıb, topladığı nəticələri paylaşıb. 

 

Elmi seminarda Bakı Dövlət Universitetinin tələbə və müəllimləri iştirak edib. Sonda iştirakçıların sualları cavanlandırılıb.

 

Aydan Qasımova