"Separatçıların planları baş tutmayacaq"-Açıqlama

Bölmə: Siyasət › ,
Tarix: 22:45 28.03.2024

Separatçı Samvel Şahramanyan Fransa hökumətinə müraciət edərək həbsdə olan separatçıların buraxılması üçün Bakıya təzyiq edilməsini istəyib.

 

Bu mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Cümşüd Nuriyev bildirib ki,Ermənistanda son zamanlar yenidən separatizmi alovlandırmağa çalışırlar. Bunun başında da Almaniya, Fransa, İran durur:

 

Şahramanyan müraciət etməsinin arxasında Fransanın yenidən Azərbaycanın daxili işlərinə qarışmaq dayanır. Separatçılar Azərbaycan ərazisində konstitusiyon quruluşunu dəyişmək istəyiblər. Bunlar Azərbaycan xalqına qarşı soyqırımda iştirak ediblər və cinayətkarlardır. Cinayətkarı həbsdən buraxmaq lazımdırsa, Fransa özü həbs etdiklərini buraxsın. 

 

Politoloqun sözlərinə görə, Şahramanyan ilə eyni statusda olan Almaniyada yaşayan bir nəfər özünü olmayan Talış-Muğan Muxtar Respublikasının rəhbəri təyin edib.

 

 

"Mart ayında İrana rəsmi səfər edib və İran Talış-Muğan Muxtar Respublikasını rəsmən tanıyır. Bu təxribatçılar təsadüfi ortaya çıxmır. Görünür ki, Azərbaycana qarşı təxribatlar davam edir. Hansı dövlətin bu işə qarışmasından asılı olmayaraq, biz heç bir təxribata imkan verməyəcik. Azərbaycanda talış xalqına böyük hörmət var və qardaş xalq bilirik. Azərbaycan kifayət qədər multikultural dövlətdir. Fransanın və digər dövlətlərin separatizm planları baş tutmayacaq".

 

Asiman Hafizqızı