Paşinyan istefa verəcək?-ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 21:48 01.04.2024

Ermənistan KİV: Paşinyan Azərbaycanın kəndləri tələb etməsi fonunda istefa vermək qərarına gəlib və 10 sentyabrda Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilə bilər.

 

Politoloq Oqtay Qasımov "informator.az"a açıqlamasında məsələni şərh edib. O bildirib ki, Ermənistanda növbədənkənar parlament seçkilərinin keçirilməsi fikri artıq bir müddətdir ki, gündəmdədir:

 

"Ermənistanın daxili siyasi vəziyyəti ürək açan səviyyədə deyil. 44 günlük müharibədən sonra daxili siyasi vəziyyət davamlı şəkildə gərgin olaraq qalmaqdadır. Hazırkı vəziyyətdə Paşinyan parlament seçkilərinə gedə bilər. Amma Paşinyan istefa vermək niyyətində deyil. Paşinyan bir halda seçkiyə gedə bilər ki, seçkilərdə yenidən qalib gəlmə imkanları yetərli olsun. Eyni zamanda Pasinyanın istefa məsələsi daxili siyasi vəziyyətlə yanaşı daha çox xarici siyasi amillərdən aslı ola bilər. Hazırda Ermənistan hakimiyyətində Paşinyandan başqa 3 nəfər fəal fiqur var. Parlamentin sədri Alen Simonyan, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoriyan, Xarici işlər naziri Ararat Mirzoyandır. Birinci yer uğurunda Ararat Mirzoyanın imkanlarını yüksək qiymətləndirmirəm. Belə bir dəyişiklik olarsa, Qərbin dəstəklədiyi əsas fiqur Armen Qriqoryan ola bilər. Onun şansları daha yüksəkdir".

 

Politoloqun fikrincə əgər Ermənistanda hakimiyyət dəyişərsə, yaxud Paşinyanı öz komandasından kimsə əvəz edərsə, siyasətdə hansısa bir dəyişiklik olmayacaq:

 

"Qərb yönümlü siyasət davam edəcək. Başqa üsullarla hakimiyyət dəyişərsə, Rusiya meyilli revonşist qüvvələr hakimiyyətə gələrsə əlbəttə ki, Azərbaycan Ermənistan arasında münasibətlər gərginləşəcək. Kəndlərin dinc yolla qaytarılması mümkündür. Əgər Ermənistan bu prosesə konstruktiv davranış sərgiləyərək kəndləri qaytaracaqsa bu proses dinc yola həyata keçiriləcək. Ənənəvi olaraq prosesi uzadmaqa çalışarsa, Azərbaycan kəndləri güc yolu ilə qaytaracaq".

 

 

Vüqar Alışov