"Bu hadisələrin nəticəsində məğlub olan tərəf Ermənistan olacaq"-ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 22:54 02.04.2024

MN: Aprelin 1-i saat 22:00-dan 22:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri mövqelərimizi atəşə tutub.

 

Bu barədə "İnformator.az"a açıqlamasında politoloq Tural İsmayılov bildirib ki, Ermənistan artıq Azərbaycanla sülhə gəlmək əvəzinə Qərbin təxribatçı əlaltısına keçirilməyə doğru gedir:

 

"Bu gün Ermənistanın Azərbaycan əleyhinə fəaliyyət göstərməsi, ölkəmizin maraqlarına təhdid etməsi Ermənistanın məqsədini ortaya çıxarır. Həmçinin Ermənistanda Avropa İttifaqının mülki müşahidə missiyası adı altında qərb casus şəbəkəsinin fəaliyyət göstərdiyi bir dövrdə Avropa İttifaqı Ermənistan və ABŞ dövlət katibi Antoni Blinken arasında Brüsseldə keçiriləcək görüş ərəfəsində qəsdən Ermənistan Azərbaycanla sərhədlərdə atəşkəsi pozur. Uzun müddətli atəşkəs ilə bağlı nisbi sakitlik hökm sürsə də, Ermənistan vəziyyətin gərginləşməsinə çalışır".

 

Politoloqun sözlərinə görə, bu da növbəti dəfə Ermənistanın sülhdən uzaq olan, bölgəni təhdid edən ölkə olduğunu açıq-aydın göstərir:

 

"Bu gün Ermənistan siyasi qərar qəbul etmək iqtidarında deyil. Ermənistanla hansısa formada danışmaq da mümkün olmur. Ermənistan əlindən gələni edir ki, regionu və bölgəni şantaj etsin və gərginlik yaratsın. Bu hadisələrin nəticəsində məğlub olan tərəf Ermənistan özü olacaq".

 

 

Asiman Hafizqızı