Ermənistan yeni müttəfiq axtarışında-ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 20:37 05.04.2024

2024-cü ilin mayında Rusiya parlamentarilərindən ibarət nümayəndə heyəti İrəvana səfər edəcək. 

 

Bu barədə Rusiya Federasiya Şurasının Beynəlxalq əlaqələr komitəsi rəhbərinin birinci müavini Vladimir Cabarov öz fikirlərini söyləyib:

 

“Bizim erməni parlamentarilərilə normal təmaslarımız var. Əməkdaşlıq etmək istəyi var və erməni deputatlar səfərlərdən imtina etmirlər. Hesab edirəm ki, parlamentarilər münasibətlərin yaxşılaşdırılmasında müsbət rol oynaya bilərlər”.

 

Baş tutacaq görüş pozulmuş Rusiya-Ermənistan münasibətlərini tənzim edəcək ? Qərbin buna reaksiyası necə olacaq ?

 

Məsələylə bağlı politoloq Sultan Zahidov "informator.az"a açıqlama verib. Onun sözlərinə görə, bu kimi görüşlərin baş tutması iki ölkə arasındakı fundamental problemlərin həll olunması demək deyil:

 

“Bu səfərdə qarşı tərəfin parlament nümayənələri arasında Rusiya-Ermənistan münasibətləri və perspektivləri müzakirə olunacaq. Amma sözsüz ki, bu kimi görüşlərin baş verməsi iki ölkə arasında fundamental problemlərin həll edilməsi demək deyildir. Əgər Rusiyanın bir neçə millət vəkili Ermənistana səfər edib Ermənistanən deputatları ilə görüşürsə, bu o demək deyil ki, iki ölkə arasında problemlər geridə qalır və normallaşmağa doğru inkşaf edir. Ermənistanla Rusiya arasındakı münasibətlərdə hazırda o qədər fundamental problemlər var ki, bu problemlərin həlli üçün dövlət başçıları arasında sıx təmaslara əl atmaq lazımdır. Amma biz hazırda Paşinyanla Putin arasında elə bir ciddi görüşlərin, təmasların şahidi olmuruq. Əvvəllər Paşinyanın hər hansısa bir çətinlikdə Putinə müraciət edirdisə, bu gün artıq Paşinyan Makrona üz tutur. Ermənistanın xarici siyasət kursundakı reverans iki ölkə arasındakı münasibətlərdə ciddi problemlərin olduğunun göstəricisidir. Xatırlatmaq lazımdır ki, bu gün aprelin 5-də Brüsseldə Ermınistanın Baş naziri Avropa Birliyi və ABŞ dövlət katibinin iştirakı ilə danışıqlar baş tutmuş və bu danışıqlar nəticəsində müəyyən ciddi sənədlərin imzalanması gözlənilir”.

 

Politoloq qeyd edir ki, Ermənistan artıq ənənəvi himayədarını dəyişib. 

 

"Ermənistan artıq Rusiyaya yox, Qərbə bel bağlayır. Paşinyan dəfələrlə bildirib ki, bizim ən böyük səhfimiz təhlükəsizliyimiz barədə Rusiyaya güvənməktir. Ermənistan Rusiyada uzaqlaşmaq siyasəti yeritsə də, bu bir anda baş verəcək bir hadisə deyil. Ermənistan uzun illər ərzində Rusiya ilə o qədər sıx əlaqələr qurub ki, bu bağı bir an içində qırmaq mümkün deyildir. Ermənistanda Rusiyanın 102 saylı bazası mövcud olması, Ermənistanın İran və Türkiyə ilə sərhədini Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhədçilərinin qoruması kimi halların qarşısında Rusiya-Ermənistan bağı bir anda qopa bilməz”.

 

 

Azər Abuşov