Onlayn Media

Bölmə: MEDİA › ,
Tarix: 07:44 08.04.2024

Bildiyimiz kimi, onlayn media 2 yerə bölünür: konvergensiya olunmuş yeni media və sosial media.

 

Bu gün artıq insanlar informasiyanı daha çox sosial mediadan əldə edirlər. Əvvəlki dövrlərə nəzər salsaq görərik ki, sosial media həyatımıza o qədər də daxil olmamışdan qabaq bloglar informasiya mənbəyi kimi istifadə edilib. Bloqlar müxtəlif məzmunda və müxtəlif məqsədlər üçün istifadə olunub. Artıq internet dünyaya yayıldıqca insanlar da sosial mediada aktiv olmağa başlayıblar. Bu gün artıq insanlar demək olar ki, qəzetdən məlumat almırlar. Televiziya və radioda o qədər aktual deyil. Hər bir insanın şəxsi telefonu olduğu üçün telefondan məlumat almaq daha operativ və daha rahatdır. İnsanlar məlumat əldə etmək üçün daha çox telegram kanallarına müraciət edirlər. Eyni zamanda ınstagram, facebook, hətta whatsApp-dan da informasiya qəbul etmək mümkündür. Əlbəttə ki, informasiya və xəbər anlayışları fərqli anlayışlardır. Belə ki, gördüyümüz, duyduğumuz hər bir məlumat informasiyadır. Biz yeməyin dadına baxaraq da informasiya əldə edə bilərik. Ancaq bu xəbərdə fərqlidir. Xəbərin yazılmasının standard qaydası olur. Xəbərdə öncə düzgün başlıq seçmək lazımdır. Xəbərin də özünün növləri var: soyuq və isti xəbər. Təbii ki, düzgün xəbəri istər saytlardan, istərsə də sosial mediadan əldə edə bilərik. Ancaq sosial mediada olan hər bir informasiya doğru informasiya olmaya da bilər. Sosial mediada fəaliyyət göstərənlər arasında jurnalistlər həm də vətəndaş jurnalistləri var. Əlbəttə ki, vətəndaş jurnalistikası ilə məşğul olanlar daha çox yanlışlıqlara yol verəcək.

 

Toğrul Əhmədzadə