Ramazan ayı niyə əvvəlki təntənə ilə keçmədi?- Maraqlı açıqlamalar

Bölmə: Sosial › ,
Tarix: 13:13 08.04.2024

İnsanlar həmişə Ramazan bayramını təmtəraqla qarşılayıblar və bu ənənə kimi davam edib. Lakin son illər görürük ki, artıq dini bayramlar əvvəlki kimi təmtəraqla qeyd olunmur. Bu nə ilə bağlıdır? Maddi vəziyyət buna təsir edir yoxsa, bayramlar arxa plana keçib?

Mövzu ilə bağlı İnformator.az-a danışan Xalq artisti Gülyaz Məmmədova açıqlamasında bunu şəhidlərimizin olması ilə əlaqələndirib:

“Son illər ərzində bizim millət nə qədər şəhid verdi. Həm qələbə çalan, həm də şəhid verən bir ölkəyik. Bununla əlaqədar insanlarda əvvəlki kimi əhval-ruhiyyə yoxdur. Lakin bu insanların dindən kənarlaşdığına heç də əsas vermir. Elə insanlar var ki, namazın qılır, orucun tutur, bayramlarda sevdiklərin ziyarət edir. Heç bir şey sosial şəbəkələrdə göründüyü kimi deyil. Sosial şəbəkələr sadəcə insanların beynini qarışdırır”.

 

Hüquq müdafiəçisi Novella Cəfəroğlu bayramı təmtəraqlı edib-etməməyi insanların şəxsi düşüncələri ilə əlaqələndirib: 

“Ramazan bayramı bizə hüzur gətirən bir bayramdır. Bu ildə bir dəfə olan bir bayramdır. İnsanlar Allah yolunda orucun tutur, ibadətin edir. Mən çox istəyərdim ki, bu bayramın keçirilməsi Azərbaycanda ənənə halına çevrilsin. Türkiyədə Ramazan əsl bayram kimi təntənə ilə qeyd olunur. Mən çox istəyərdim ki, bizdə də elə olsun. Bu bayram birlik, barış deməkdir”.

 

Yavər Mehdizadə