"Özbəkistana işgüzar səfər nəticəsində…"-ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 22:18 15.04.2024

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Özbəkistana işgüzar səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Baxtiyor Saidov ilə görüşüb.

 

Görüş hər iki ölkə üçün hansı sahələrdə əməkdaşlıqların genişləndirilməsini vəd edir?

 

Bu barədə “informator.az”a açıqlamasında siyasətçi Elşad Həsənov bildirir ki, Özbəkistan Türk Dövlətləri Təşkilatının üzvüdür, bizə qardaş ölkədir:

 

“Xüsusilə, Şevket Mirziyoyev hakimiyyətə gələndən sonra Azərbaycan prezidentinə olan rəğbətinə görə ölkələr arasında münasibətlər günü gündən irəliləyir. Bunun bariz nümunəsi olaraq Özbəkistan prezidentinin işğaldan azad olunmuş Füzuli rayonunda “Uluqbəy” adlı məktəbin açılışında şəxsən özünün iştirak etməsini göstərə bilərik. Özbəkistan hər zaman ”Azərbaycanın yanındayıq”,- deyə bildirdi. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Özbəkistana səfəri ölkələr arasında mədəni, iqtisadi, sosial-siyasi, dini məsələləri əhatə edir. Bir artıq vahid coğrafi məkanda- Türk Dövlətləri Birliyi məkanında birləşmişik. Azərbaycan Prezidenti and içmə mərasimində bildirdi ki, bizim türk ailəmiz var. Azərbaycan, Türkiyə, Orta Asiya ölkələri: Özbəkistan,Qazaxıstan,Türkmənistan ,Qırğızıstan ölkələrinin birliyi sürətlə inkişaf edir. Bu sahədə də Azərbaycan çox işlər görür. Bu səfər çox maraq doğurur, eyni zamanda Azərbaycan və Özbəkistan arasında münasibətlərin daha da dərinləşməsi üçün töhfədir”. 

 

Müsahib bu görüşü yüksək qiymətləndirir:

 

“Türk Dövlətləri Birliyinin üzvü olan dövlətlərlə belə görüşlər mütəmadi aparılacaq. Gələcəkdə, yeni dünya nizamında sözümüzü deməyə yetəri qədər gücümüz olacaq”. 

 

 

Gülnisə Əfkari