I Gənc mədəniyyət müxbirləri məktəbi layihəsinə start verilir

Bölmə: MEDİA › ,
Tarix: 17:03 18.04.2024

Azərbaycan Mətbuat Şurası, BDU-nun Jurnalistika fakültəsi və “525-ci qəzet”in birgə layihəsi olan I Gənc mədəniyyət müxbirləri məktəbi artıq təlimlərə başladı.

 

"İnformator.az" xəbər verir ki, ilk görüş Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində, dekan Vüqar Zifəroğlunun açılışı ilə başladı. Sonra isə Samir Xalidoğlu layihənin əsas məqsədi və qonaqları tanıtmaqla davam edib.

 

Layihənin davamında 525-ci qəzetin mədəniyyət şöbəsinin müdiri Nadir Yalçın tələbələrlə tanış olub və iştirakçıları layihənin əsas məqsədləri, gələcək perspektivləri ilə bağlı məlumatlandırıb. Sonra isə ilk görüşün qonağı olan Qulu Ağsəri tələbələrə tanış edib.

 

Tədbirin davamında Qulu Ağsəs tələbələrə məsləhətlər verib, işin incə məqamlarını nəzərə çatdırıb.

 

Sonda, tələbələr Qulu Ağsəsə suallar ünvanlayıb, onları maraqlandıran sualları verəərk Qulu Ağsərlə müzakirə ediblər.

 

Tehran Yusifli