İzmirin Seferihisarında zəlzələ baş verib

Bölmə: Dünya › ,
Tarix: 23:09 19.04.2024

AFAD-ın məlumatına görə, episentri İzmir Seferihisarda 4,5 bal gücündə zəlzələ baş verib.

 

AFAD-ın məlumatına görə, episentri  İzmir Seferihisar sahillərində olan Ege dənizində 4,5 bal gücündə zəlzələ  baş verib. Saat 11:20-də qeydə alınan zəlzələ yerin 6,9 kilometr dərinliyində baş verib.

 

İzmirin Seferihisar mahalı sahillərində baş verən 4,5 bal gücündə zəlzələ ilə bağlı açıqlama verən İzmir valisi Süleyman Elban: "Valiliyimizə bildirilən heç bir mənfi xəbər yoxdur".

 

Afət və Fövqəladə Hallar İdarəsi Başçılığından (AFAD) alınan məlumata görə, saat 11.02-də Ege dənizində, İzmirin Seferihisar mahalı sahillərində 4,5 bal gücündə zəlzələ baş verib. Yerin 6,97 kilometr dərinliyində baş verən yeraltı təkan İzmir və Aydın ətrafında da hiss olunub. Zəlzələ səbəbindən qısamüddətli panika yaşanıb.

 

Zəlzələ ilə bağlı sosial media hesabından açıqlama verən İzmir valisi Süleyman Elban bunları deyib:

 

"Şəhərimizin Seferihisar rayonunda baş verən 4,5 bal gücündə zəlzələ ilə bağlı valiliyimizə heç bir mənfi xəbər bildirilməyib".

 

Vüqar Alışov

Haber Global