Rusiya əhalisi azalır

Bölmə: Dünya › ,
Tarix: 23:23 19.04.2024

2024-cü ilin fevral ayında Rusiyada əhalinin təbii azalması davam edib.

 

Bu barədə Rosstatın saytında məlumat verilib.

 

Məlumata görə, 2024-cü ilin fevral ayında 97,9 min uşaq doğulub. Maksimum doğum nisbəti Dağıstan Respublikasında (+29,6%), Saxalin vilayətində (+23,9%) və Adıgey Respublikasında (+23,8%) qeydə alınıb.

 

Ölkə üzrə təbii azalma 51 469 nəfər təşkil edib.

 

Həmçinin, Rosstatın məlumatına görə, fevralda 47 min nikah qeydə alınıb.