ABŞ-ın keçmiş prezidenti Donald Trampın məhkəməsinin keçirildiyi binanın qarşısında bir nəfər özünü yandırıb

Bölmə: Dünya › ,
Tarix: 23:34 19.04.2024

Bir şəxs naməlum səbəbdən məhkəmənin qarşısında özünü yandırıb.

 

Trampın məhkəməsinin davam etdiyi Manhettendə məhkəmə binası qarşısında televiziyalar canlı yayımlarını davam etdirərkən, bir nəfərin özünü yandırdığı anlar ekrana əks olunub. Xəstəxanaya yerləşdirilən şəxsin səhhəti və kimliyi ilə bağlı hələlik heç bir açıqlama verilməyib. Hadisə şahidinin Reuters xəbər agentliyinə verdiyi məlumata görə, sözügedən şəxs əvvəlcə havaya vərəqə atıb, sonra üzərinə maye töküb və özünü yandırıb, soyadını açıqlamaq istəməyən Dave adlı bir şahid, onun bir neçə dəqiqə yandıqını bildirib. Reuters-ə istinadən CNN müxbiri qeyd edib ki,həmin şəxs “yanıb kül olub".

 

Mənbə: Habertürk

Aytac Kərimova