Ermənistan Rusiyada keçirilən Beynəlxalq Təhlükəsizlik Görüşündə iştirakdan imtina edib

Bölmə: Dünya › ,
Tarix: 22:36 23.04.2024

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan təhlükəsizlik məsələlərinə cavabdeh olan Ali Nümayəndələrin Beynəlxalq Toplantısında iştirak etməyəcək. Bu barədə “Armenpress” agentliyi Respublika Təhlükəsizlik Şurasının mətbuat xidmətinə istinadən məlumat yayıb.

 

Bu tədbirin aprelin 24-25-də keçirilməsi planlaşdırılır. Onun yeri Sankt-Peterburq olacaq. Yüksək təhlükəsizlik məmurlarının görüşü Rusiyada 12-ci dəfə keçiriləcək.

 

Aprelin əvvəlində Ermənistan rəhbərliyi Brüsseldə ABŞ və Avropa İttifaqının nümayəndələri ilə görüş keçirib. Bunun ardınca Rusiya Federasiyası Xarici İşlər Nazirliyi hərbi-siyasi razılaşmalara dair məlumatların ortaya çıxması ilə bağlı ABŞ və Aİ ilə münasibətlərə dair İrəvanın şərhini gözlədiklərini bildirib.

 

Buna cavab olaraq respublikanın xarici siyasət idarəsi bəyan edib ki, Ermənistanın ABŞ və Avropa İttifaqı ilə müqavilələri barədə məlumatlar saxtadır. İrəvan Brüsseldə ölkənin sabitliyi və iqtisadi müxtəlifliyinin müzakirə edildiyini açıqlayıb.

 

Mənbə: lenta.ru

Tərcümə etdi: Gülnisə Əfkari