BDU-da "İkinci Qarabağ müharibəsi The Guardian səhifələrində" mövzusunda elmi seminar keçirilib

Bölmə: MEDİA › ,
Tarix: 13:02 15.04.2024

Aprelin 15-də BDU-da(Bakı Dövlət Universiteti) Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının doktorantı Fidan Talıblının "İkinci Qarabağ müharibəsi The Guardian səhifələrində" mövzusunda  elmi seminarı keçirilib. 

 

Giriş sözü ilə çıxış edən elmi işlər üzrə dekan müavini Sevinc Əliyeva doktorantı təqdim edib, elmi seminarın mövzusu ilə bağlı iştirakçıları məlumatlandırıb. "İkinci Qarabağ müharibəsi The Guardian səhifələrində" mövzusunda çıxış edən F.Talıblı bildirib ki, Qarabağ müharibəsi dünyanın aparıcı media sistemində mühüm yer tutur və aktual araşdırma mövzularından biridir. II Qarabağ müharibəsinin işıqlandırılmasına xüsusi diqqət yetirən ölkələrdən biri də Böyük Britaniyadır. Bununla yanaşı, 44 gün ərzində baş verən hadisələrin təhlili, II Qarabağ müharibəsinin nəticələri və Böyük Britaniyanın mövqeyi göstərilib. Həmçinin Azərbaycanın Böyük Britaniya ilə beynəlxalq əlaqələrinədə toxunulub.

 

Seminarda  Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri Aynur Nəsirova, Kafedranın müəllimləri Sabir məmmədli, Həmid Vəliyev, Aytəkin Zeynalova da iştirak ediblər.  

 

Məruzədən sonra çıxış edənlər məruzəçinin mövzu ilə bağlı hazırlığını yüksək qiymətləndirərək, elmi  işlərində uğurlar arzulayıblar.

 

Elmi seminarda müəllimlərin və tələbələrin mövzu ilə bağlı çoxsaylı sualları cavablandırılıb.