Kırkmerdiven şəlalələri: Tuncəlidə 20 kilometrlik gəzinti ilə gizli gözəlliyə çatıldı

Bölmə: Maraqlı › ,
Tarix: 22:36 24.06.2024

Tuncəlinin Ovacık səmtinə gələnlər təbiət möcüzəsi Kırkmerdiven şəlaləsini görmək üçün ya turlarla, ya da təkbaşına bələdçilərin müşayiəti ilə çöldə təxminən 20 kilometr piyada gəzirlər.

 

İstirahətini Tuncəlidə keçirən Merve Gençosmanoğlu, "Ovacık endemik növlər, bitkilər, çiçəklər və kəpənəklər baxımından çox xüsusi bir yerdir. Gəzinti zamanı açıq səma altında təbiət muzeyi kimi vizual bir ziyafətin şahidi olduq" dedi. Tuncəlidə son illər bungalov evləri, çadır düşərgə sahələri və butik otellərin tikildiyi Ovacıkda turizm sektoru daha da aktivləşib və təbiət gəzintiləri üçün gələn turistlərin sayı artıb. Təbii gözəllikləri ilə məşhur olan rayonda Munzur dağlarında yerləşən Kırkmerdiven şəlalələri xüsusilə yay mövsümündə keyfiyyətli bir marşrut təşkil edir. Yüksək hündürlüklərdə qar əridikcə mövsümi axan şəlalələr Qurban bayramından yararlanan səyahət qruplarının tez-tez getdiyi məkana çevrilir. Tur şirkətlərinin təşkilatları vasitəsilə və ya öz imkanları ilə rayona gələn təbiətsevərlər lazımi planlaşdırmadan sonra marşrutlarını bələdçilərin müşayiəti ilə şəlalələrə üz tuturlar. Təbiətsevərlər maşınla Munzur dağlarının ətəklərinə çıxır, sonra isə təxminən 20 kilometr məsafə qət edərək yollarına davam edirlər. Çətin səyahətin sonunda gizli gözəlliyə çatan təbiətsevərlər dərin bir vadidə 4 fərqli şəlaləni ziyarət edərək təbiətin gözəlliklərini kəşf edirlər.

 

Mənbə:Habertürk

Aytac Kərimova