Nikahdan öncə narkoloji testlərin keçirilməsi zəruridir?-Həkim RƏYİ
Bölmə: Sosial › ,Tarix: 15:43 27.11.2024
Son illərdə müzakirə edilən mövzulardan biri də nikahdan əvvəl cütlüklərdən narkoloji testlərin tələb olunub-olunmaması məsələsidir.
Bəs nikahdan öncə narkoloji testlərin keçirilməsi zəruridir?
Mövzu ilə bağlı "informator.az"a açıqlamasında tibb üzrə ekspert Aydın Əliyev bildirib ki, bu gün narkotik maddələrlə siqaretlə, içkilərlə, dünyanı, xüsusən cavanları məhv edirlər:
"İndi də deyirlər ki, nikahlar da artıq elektron vasitəsilə nikahın təsdiqi qəbul edilir. Deməli, onda mütləq bu testlərdən keçmək təbii ki, vacibdir. Həm də bilək ki, narkotik maddə qəbul edən şəxs özünü idarə edə bilmir, cəmiyyətdə anormal hadisələrə səbəb ola bilir. Ailələr dağılır, etik varlığı pozulur, maddi və fiziki cəhətdən ailələrdə, o cümlədən cəmiyyətdə problemlər yaranır. Ona görə bu testlərdən keçmək normal şeydir. Burda heç kimin şəxsiyyətinə toxunan bir şey yoxdur. Mən hesab edirəm ki, bu gün nikahdan öncə narkoloji testlərin keçirilməsi vacibdir".
Elnurə Kərimova