“Mən bir az günah keçisi kimi hiss etdim”
Bölmə: İdman › ,Tarix: 23:26 26.11.2024
Real Madridin futbolçusu Jude Bellingham deyir ki, yayda İngiltərənin Avro-2024-ü qazanmağı bacarmamasına görə “özünü bir az günah keçisi kimi hiss etdikdən” sonra yenidən təbəssümünü tapıb.
Bellingham turnirdəki bəzi çıxışlarına görə azarkeşlərin tənqidinə məruz qalıb.
“Avrodan sonra İngiltərə millisində oynayarkən çox vaxt təbəssümümü itirdim, çünki verdiyim töhfələrə nisbətən bir qədər ədalətsiz rəftar edildiyimi hiss etdim”,- deyə Bellingham Real Madridin Çempionlar Liqasında Liverpool ilə qarşılaşması öncəsi bildirib.
“Düşünürəm ki, mənə qarşı bir az sərt davrandılar. Özümü bir az günah keçisi kimi hiss etdim. Bəlkə də özümə bir az yazığım gəldi.
Hesab edirəm ki, olduqca böyük anlara töhfə verdim, amma finaldan sonrakı üç gün ərzində sanki bütün dünya üzərimə yıxıldı. Bu, xoş bir hiss deyildi”.
Mənbə: BBC Sport
Aytac Mustafayeva