Yadplanetlilər burada gizlənir?
Bölmə: Maraqlı › ,Tarix: 19:57 10.07.2024
Ceyms Uebbin kəşf etdiyi planet yeni “super-Yer” ola bilər... Kosmosda həyat ümidinin yeri bəlli oldu.
Bəşəriyyətin Yerdən kənarda, kosmosda yaşamaq üçün əlverişli planet axtarışları davam edir. Kosmos və əlçatan planetləri skan edən James Webb teleskopunun yeni kəşfi bu mövzuda atılacaq kritik addımların öncüsü ola bilər. Alimlər "yadplanetli" həyatı tapmaq üçün ən yaxşı şansımız ola biləcək bir planet kəşf etdilər.
NASA-nın Ceyms Uebb Kosmik Teleskopu (JWST) tərəfindən aparılan müşahidələrdən istifadə edən beynəlxalq elm adamları qrupu LHS 1140 b adlı “ekzoplanet”in atmosferini, bizim günəş sistemimizdən kənarda, başqa bir günəşə malik planeti təhlil ediblər.
Bu təhlillər planetin maye su okeanına və hətta azotla zəngin atmosferə malik ola biləcəyini də təsdiqlədi. Bu onu göstərir ki, bu yeni planet də Yer kimi atmosferə malik ola bilər.
Mənbə: Hürriyet
Çimnaz Məmmədova