Niyə sincablar yeməklərini basdırırlar?

Bölmə: Maraqlı › ,
Tarix: 20:29 10.07.2024

Sincabların qış üçün qidalarını saxladıqlarını hamımız ən az bir dəfə eşidirik.

 

Bu xüsusiyyətlər və strategiyaların arxasında nəyin dayandığına baxacağıq. Yerin altında basdırdıqları yüzlərlə qidanı necə geri tapırlar? Ya da niyə hamısını bir yerdə basdırmaq əvəzinə müxtəlif yerlərdə basdırırlar?

 

Hər şeydən əvvəl bir az geriyə qayıtmaq lazımdır, çünki dələlərin bu davranışları bizə mühüm ipucu verir. Qışdan sağ çıxmaq üçün qida saxlayan heyvanlar bunu heç vaxt təsadüfi etmirlər. Təbiət təlimləri və keçmişdən təkamül onlara bunun ən yaxşı üsul olduğunu göstərib. Ümumiyyətlə, canlılar qidalarını basdırmaq üçün iki strategiyadan istifadə edirlər: ya bütün yeməkləri bir yerdə saxlayır, ya da seyrək və bütün yerə səpələnmiş şəkildə yerləşdirir.

 

Sincab növlərinin əksəriyyəti quruya səpələnmiş qidalarını gizlədir və bunun arxasında onların xarakterik xüsusiyyətləri dayanır. Kaliforniya Universitetinin Baytarlıq Tibb fakültəsində tədqiqatçı Mikel Maria Delqado deyir: "Yemək saxlamağın bu üsulu böyük itkilərdən əziyyət çəkməməkdir". Başqa sözlə, bütün qış boyu yeməyini bir yerdə basdıran dələ rəqiblərinə görə  bütün qidalarını bir anda itirəcək.

 


Dələlər basdırdıqları yeməyin yerini necə xatırlayırlar?

Payız gələndə və havalar soyuyanda dələlər təlaşlanır. Yerdə tapa bildikləri qədər qoz-fındıq basdırmaqla yemək tapmağın çətin olacağı qış mövsümünə hazırlaşırlar.

 

Qış üçün qida saxlayan bəzi canlılar bütün qidalarını bir yerdə saxlayır. Bununla belə, bir çox dələ növü mümkün oğurluğa qarşı bir tədbir olaraq öz qidalarını parçalara ayıraraq saxlayır. Dələlərin basdırılmış yeməkləri taparkən yalnız qoxu duyğularına güvəndikləri güman edilib, ancaq indiki araşdırmalar dələlərin yalnız bir-birinə çox yaxın olan qidalardan yalnız öz ehtiyatlarını açdığını ortaya çıxarıb. Bu, sincabların yemək basdırarkən məkan işarələrindən də istifadə etdiyini göstərir.

İnkişaf etmiş epizodik yaddaşları dələlərə qar altında yemək tapmaqda üstünlük verir, burada qorxu hissi faydasızdır. Özlərini təqib edən soydaşlarını aldatmaq üçün qazdıqları saxta anbarları uzun müddət xatırlaya bilən sincabların yaşadıqları ərazinin ətraflı zehni xəritəsini yarada bildikləri düşünülür.

Sincablar hər bir saxlama vahidində müxtəlif növ qidalar saxlayır, bu da kiçik saxlama vahidlərinin yerini bir müddət sonra xatırlamalarını asanlaşdırır. Gizli qidalarını tapmaqda 95% müvəffəqiyyət əldə edən sincablar tapa bilmədikləri toxumlarla təbiətdə yeni ağaclar qazandırırlar.



Mənbə: halildurmus.com

Tərcümə etdi: Aydan Qasımova